Mövsümü erkən başa vurdu

16.04.2025 16:52 8
Dünya futbolu
“Atalanta”nın aparıcı oyunçularından biri uzun müddətə sıradan çıxıb.

Mərkəz müdafiəçisi Sead Kolaşinats A seriyasının 32-ci turunun “Bolonya” ilə oyununda (2:0) ciddi zədə alıb. 31 yaşlı futbolçunun dizində ön çarpaz bağın yırtılması və xarici meniskin radial yırtığı aşkar edilib. Onun ən azı 5-6 ay meydana çıxa bilməyəcəyi gözlənilir. Bu isə Seadın mövsümü erkən başa vurması deməkdi.

Kolaşinats bu mövsüm “Atalanta”nın heyətində 34 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.