Andrea Belotti böyük bəxtsizliklə üzləşib.
"Football-plus.az" xəbər verir ki, “Kalyari”nin hücumçusu mövsümü erkən başa vurub.
İtaliya yığmasının üzvü ən azı 7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə “Football Italia” nəşri məlumat yayıb. Forvard A seriyasının sonuncu turunun “İnter”ə qarşı matçında (0:2) zədələnib. Sol diz qapağı qopan futbolçu artıq əməliyyat edilib.
Qeyd edək ki, 31 yaşlı Andrea bu mövsüm “Kalyari”də 5 oyuna 2 qol vurub.