Rüfətin komandası uduzdu

20.12.2025 01:12 22
Dünya futbolu
Xorvatiya çempionatında 18-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, turun açılış matçında Rüfət Abdullazadənin də formasını geydiyi “Varajdin” evdə “İstra 1961”i qəbul edib.

Abdullazadə əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib. Matç “Varajdin”in 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bununla da həmvətənimizin komandası ardıcıl ikinci tur xalsız qalıb.

23 xalı olan “Varajdin” 5-ci pillədə qərarlaşıb.