Rüfətin komandası xal itirdi

3.11.2025 22:16 21
Dünya futbolu
Xorvatiya çempionatında 12-ci turun bir sıra oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” səfərdə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış "Osiyek"lə qarşılaşıb.

Oyun qolsuz heç-heçə ilə başa çatıb. Abdullazadə bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. "Varajdin" hazırda 16 xalla dördüncü yerdədi.