Rüfətin komandası qalib gəldi

27.09.2025 10:56 12
Dünya futbolu
Xorvatiya çempionatında 8-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varajdin” öz meydanında “Vukovar 1991”i qəbul edib.

Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu 65-ci dəqiqədə Matej Kukla əvəzlənib.

Matç “Varajdin”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran həmyerlimizin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Varajdin” lider Zaqreb “Dinamo”sundan 4, ikinci pillədə qərarlaşan “Hayduk”dan 1 xal geri qalır.