Rüfətin komandası uduzdu

23.11.2025 18:58 21
Dünya futbolu
Xorvatiyada futbol üzrə ölkə çempionatının 14-cü turunun bir sıra oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, Rüfət Abdullazadənin çıxış etdiyi “Varajdin” səfərdə Zaqreb “Dinamo”suna 1:3 hesabı ilə uduzub. Abdullazadə bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.

“Varajdin” 19 xalla 4-cü yerdə qərarlaşıb.