Şahruddin Almaniyada əməliyyat olundu

18.12.2025 16:50 8
Ölkə futbolu
Millimizin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, 31 yaşlı qolkiper sol bud oynağından uğurlu əməliyyat keçirib.

Futbolçunun əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.