"Sabah"ın futbolçusu əməliyyat olundu

29.10.2024 11:34 295
Ölkə futbolu
"Sabah"ın futbolçusu İvan Lepinisa əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ölkəsində - Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı keçirib. Əməliyyat uğurla başa çatıb.

25 yaşlı futbolçunun nə vaxt sıraya qoşulacağı hələlik müəyyənləşməyib.