• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın əsas rəqibi “Sabah” olacaq?

Ölkə futbolu / Aktual

14-12-2025, 19:0

Ölkə çempionatında mövsüm hələ yarılanmayıb. Bununla belə, tədricən əsas cizgilər, hansı komandaların çempionluq və avrokuboklara vəsiqə uğrunda mübarizə aparacağı, hansıların, sadəcə, elitada yerini qorumağa çalışacağı aydınlaşmaqdadı.

14-cü turun mənzərəsinə bir daha nəzər salaq.
“Zirə” – “Qarabağ” oyunu üzərində Çempionlar Liqasının ab-havası duyulurdu. Təbii ki, Qurban Qurbanov bütün əsas oyunçuları meydana buraxmamışdı, “Ayaks”la oyunu düşünərək ehtiyatlı davrandı. Digər tərəfdən, “Qarabağ”ın oyunçuları əməlli-başlı gərginlik keçirirdi. Birdən-birə üç oyunçusunun sarı vərəqə ilə cəzalanmasına başqa izah tapmaq çətindi. Sırf nəticəyə gəlincə, heç-heçə sanki tərəflərin ikisinin də ürəyincəydi.

Bazar günü keçirilən yeganə oyunda “Şamaxı” “Karvan-Yevlax”ı darmadağın etdi. “Karvan-Yevlax”ın elitaya gəlişinin erkən olduğunu göstərən ən müxtəlif əlamətlər var: istər oyunun səviyyəsi, istərsə də klub ətrafında yaşanan hadisələr baxımından. Azər Həşimovla vidalaşmadan Füzuli Məmmədovu “sükan arxasına” gətiriblər, o da publikaya “hələ gözləyin” mesajını verir. Yevlaxlılar bu mövsümün sonunda elitadan getsələr, heç kim təəccüblənməyəcək.

“Sabah” “Zirə”nin ardından “Neftçi”ni də məğlub etməklə “Qarabağ”la çempionluq uğrunda sona qədər mübarizə aparmaq əzmini ortaya qoydu. Özü də “bayquşlar” Masazırda keçirilən oyunda aşkar üstün idilər, faktiki “ağ-qaralar”a göz açmağa imkan vermədilər. Valdas Dambrauskas yaxşı, rəqabətədavamlı komanda yaradıb. Hətta mən indiki “Sabah”ın Murad Musayevin dönəmindəki ən yaxşı obrazını xatırlatdığını deyərdim.

Yeni baş məşqçisi Yuri Vernidubun gözü önündə uduzan “Neftçi”yə gəlincə… Söz tapmaq çətindi. Bir klub ölkə futbolundakı mövqeyini necə ildırım sürəti ilə əldən verə bilər ki?! Bugünkü “Neftçi”yə baxın, görəcəksiz.

Çərşənbə axşamı keçirilən oyunlarda meydan sahibləri qalib gəldi. “Araz-Naxçıvan” “Kəpəz” üzərində inamlı qələbə qazanmaqla kubokun 1/8 final oyununda qeydə alınan nəticənin təsadüf olduğunu göstərdi. Eyni zamanda, Elmar Baxşıyevin başının üzərindən qara buludlar da çəkildi. Mümkün məğlubiyyət Zaur Axundovun səbr kasasını daşıracaqdı. Belə olmadı və Baxşıyev yola davam etmək fürsəti qazandı.

“Sumqayıt” – “İmişli” oyununda bütün maraqlı hadisələr sonda baş verdi. 90+9-cu dəqiqədə özündənrazı şəkildə “nöqtə”yə yaxınlaşan İbrahim Əliyev topu tirə vurmaqla qonaqları məğlubiyyətdən qurtarmaq imkanını qaçırdı. Yeri gəlmişkən, məhz bu futbolçu 1-ci dövrədə “İmişli”nin texniki məğlubiyyətini səbəbkarı olmuşdu. Ardından Saşa İliçin köməkçisi Veliçko Kaplanoviç daha məşhur həmvətəni kimi özünü göstərməyə çalışdı və oyunun bərpasını ləngitdi. Nə işdisə, “Sumqayıt”ın məşqçi korpusunda yer alanlar hər oyunda özünü qoçu kimi aparır, rəqib məşqçilər və oyunçular ilə haqq-hesab çəkməyə çalışır. Bəlkə kimsə onlara belə müstəsna səlahiyyət verib, futbol ictimaiyyətinin xəbəri yoxdu? Başınızı aşağı salın, futbolunuzu oynayın, hoqqabazlıq etməyin!

Hoqqbazlıq demişkən… Təbiət, daha doğrusu, duman “Qəbələ” – “Turan Tovuz” oyununu başa çatdırmağa imkan vermədi. Hər halda, Qəbələnin ilin bu fəsli üçün havasından xəbərdar olan PFL oyunun daha tez başlamasına qərar verə bilərdi. Hər halda…

Misli premyer-liqası
2-ci dövrə, 14-cü tur
6 dekabr
Zirə - Qarabağ 1:1
7 dekabr
Karvan-Yevlax – Şamaxı 0:3
8 dekabr
Sabah – Neftçi 2:0
9 dekabr
Araz-Naxçıvan – Kəpəz 2:0
Sumqayıt – İmişli 1:0
“Qəbələ” – “Turan Tovuz” oyunu yarımçıq qalıb.


1. Qarabağ 13 9 3 1 24-6 30
2. Sabah 13 8 4 1 21-6 28
3. Zirə 14 7 6 1 22-13 27
4. Sumqayıt 14 8 2 4 23-16 26
5. Turan Tovuz 13 7 3 3 16-9 24
6. Araz-Naxçıvan 14 6 5 3 22-20 23
7. Şamaxı 14 4 5 5 16-15 17
8. Neftçi 14 3 7 4 16-14 16
9. İmişli 14 4 3 7 13-18 15
10. Qəbələ 13 2 2 9 10-18 8
11. Kəpəz 14 2 0 12 10-37 6
12. Karvan-Yevlax 14 1 2 11 10-31 5

Bombardirlər: Ba-Muaka Simakala (Araz-Naxçıvan), Coy-Lens Mikels (Sabah) – 7.

ORXAN

Paylaş:
Digər xəbərlər

Aktual

6-12-2025, 20:0

12 oyunda 13, bir oyunda 3 sarı vərəqə – “Qarabağ”ın gözü “Ayaks”dan başqa heç nəyi görmür!

Ölkə futbolu

2-12-2025, 16:0

“Qarabağ” - “Karvan-Yevlax” matçının biletləri satışda

Ölkə futbolu / 1-ci liqa

30-03-2024, 21:0

Mərkəzi oyunda hesab açılmadı, “İrəvan”la “Mingəçevir” darmadağın oldu - TURUN ŞƏRHİ

Ölkə futbolu / Aktual

19-11-2025, 22:0

“Zəfər turu” qütbləşməni bir qədər də dərinləşdirdi - ŞƏRH

Ölkə futbolu / Manşet

27-07-2025, 12:0

“Karvan” son üç ildə “Karvan-Yevlax” imiş?

Aktual / Ölkə futbolu

19-08-2025, 10:0

“Sabah” bu göstəricidə sonuncu, “Karvan-Yevlax” birincidi

Aktual
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
Son xəbərlər
  • Bu gün, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Bu gün, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Bu gün, 10:52
    "Şimal", yoxsa "Qaradağ Lökbatan"?
  • Bu gün, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Bu gün, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • Dünən, 23:59
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 23:35
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • Dünən, 23:19
    Parislilərə parad qadağası
  • Dünən, 22:36
    Qitə çempionunda “Real”lı yoxdu!
  • Dünən, 21:46
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • Dünən, 21:15
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • Dünən, 20:44
    Alleqri gözlənilən aqibəti yaşadı
  • Dünən, 20:13
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
  • Dünən, 19:42
    UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
  • Dünən, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Dünən, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Dünən, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Dünən, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Dünən, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Dünən, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Dünən, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Dünən, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Dünən, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Dünən, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Dünən, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Dünən, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Dünən, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Dünən, 12:51
    Usik Həbibi seçdi
  • Dünən, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Dünən, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Dünən, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Dünən, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Dünən, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Dünən, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 187
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 174
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə