"Bu qədər hörmətsizlik heç yerdə görməmişəm" - Valdas Dambrauskas

28.09.2025 23:57 34
Ölkə futbolu / Manşet
"Sabah" Misli premyer-liqasının 6-cı tur matçında evdə "Sumqayıt"la heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında bunları dedi:
"Bu oyun barəsində nə deyə bilərəm? Bu görüşlə bağlı yalnız bir adam haqda danışa bilərik. Bu gün meydançada bir adamın şousu var idi. Diqqətlə baxmısızsa, oyundan sonra heç vaxt hakimlər haqda danışmamışam. Peşəkar karyeramda 400-dən çox oyunum var. Balkan ölkələrində, Yunanıstanda işləmişəm. Yunanıstanda kiçik klublar yuxarı pillələrdə yerləşən top komandalarla mübarizə apardığı zaman 3-4 saat hakimlik haqda danışa bilərsiz. Kiprdə məşqçilik etmişəm, amma bu qədər hörmətsizlik heç yerdə görməmişəm. Bunu şərh və izah etmək çox çətindi. Liqanızın inkişaf etməsini istəyirsizsə...Bu liqada inventisiya qoyan, əlindən gələn hər şeyi edən rəhbərliklər var, onlar bunları gördükdən sonra deyirlər ki, nəyə görə yatırım edim? Bu gün hakimin məqsədi, niyyəti nə idi, deyə bilmərəm. Amma bu gün bir adam var idi və hər şeyi bərbad etdi. VAR nəyə lazımdı? Ləğv edilmiş 2-ci qolumuzda oyunçumuz topa oynayır. Rəqibin hücumçusu isə futbolçumuza təmas edir. Orda cərimə zərbəsindən söhbət gedə bilməz. Hakimlər belə səhvlər edəcəklərsə, hakimliyi buraxmaq lazımdı. Belə etmək olmaz. Ancaq qarşıdakı həftə yenə işləyəcəklər. Onlar yenə də maaşlarını alacaqlar".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul