• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Samsunspor” yenə “Qalatasaray”la bacarmadı - “Fənərbaxça” 2-ci pilləni də əldən verdi

Dünya futbolu

12-12-2025, 15:0

Turun mərkəzi oyunu cümə günü keçirildi.

"Football-plus.az" xəbər verir ki, bu mövsüm avrokuboklarda Türkiyəni yetərincə yaxşı təmsil edən və sentyabrın ortalarından bəri heç bir rəsmi oyunda uduzmayan “Samsunspor” “Qalatasaray”ın qonağı idi.

Oyun son çempion üçün gözləniləndən də uğurlu başladı. Ötən tur derbidə oyunu ilə diqqəti çəkən Sane bu dəfə də əla performans sərgilədi. Almaniyalı ulduz əvvəlcə 8-ci dəqiqədə topu yerlə uzaq küncə göndərməklə özü fərqləndisə, yarım saatın tamamında Osimhenin fərqlənməsinə şərait yaratdı. Amma İstanbul nəhəngi üçün ÇL ərəfəsində minimum güclə maksimum nəticə əldə etmək mümkün olımadı. Leminanın zədələnməsi və Arda Ünyayın fasilədən sonra oyuna qoşulmasıyla “Qalatasaray”ın müdafiəsi “axsamağa” başladı. Gənc müdafiəçi ötən tur derbidə də meydana çıxandan sonra Duranın qoluna mane ola bilməmişdi. İkinci yarını üstün keçirən “Samsunspor” son anlarda hesabı bərabərləşdirməyə müvəffəq oldu. Okan Buruk Arda Ünyayı oyundan alaraq İkardini meydana buraxdı. Amma qəhrəman yenə Osimhen oldu. Nigeriyalı əsas vaxta əlavə olunan 2-ci dəqiqədə başı üzərindən vurduğu mükəmməl akrobatik zərbə ilə yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı. Son anlarda isə böyük müzakirələrə səbəb olan epizod yaşandı. Qonaqların sağ cinahdan hücumu zamanı top açıq-aşkar Kazımcanın əlinə dəydi. Oyun bir neçə dəqiqəliyə dayansa da, VAR qəribə şəkildə hakimi monitora dəvət etmədi! Beləcə “Qalatasaray” həm əzmkarlığın, həm Osimhenin, həm bəxtin, həm də hakimin hesabına həftəni çox mühüm qələbə ilə başa vurdu.

Şənbə günü meydana çıxan klubların hər biri hesabına 1 qol və 1 xal yazdı. “Çaykur Rizəspor” Konyada Rəcəp Uçarın debüt matçından bərabərliklə ayrıldı. 1:1 son vaxtlar “Fənərbaxça”nın ən sevimli hesabına çevrilib. AL-də “Ferentsvaroş”la oyundan və “Qalatasaray”la derbidən bu nəticə ilə ayrılan İstanbul nəhənginin ardıcıl 3-cü matçında 1:1 qeydə alındı. Amma əvvəlki iki oyundan fərqli budəfəki xal itkisi komandanın çox ziyanına işlədi. Ümumilikdə Domeniko Tedeskonun kollektivi gözlənilən performansı sərgiləyə bilmədi. Təkcə başakşəhərlilərin qapıya 18 zərbə endirdiyini xatırlatmaq kifayətdi. Belə zəif futbolun qarşılığında ikinci hissənin ortalarında Asensionun künc zərbəsindən asması zamanı Şkrinyarın başla vurduğu qol “sarı-lacivərdlilər” üçün göydəndüşmə oldu. Amma komanda heç bu üstünlüyü də qoruya bilmədi. 81-ci dəqiqədə adi bir cinah asması zamanı top təcrübəli Edersonun başının üzərindən keçdi və Bertuğ Yıldırım başla boş qapını dəqiq nişan aldı. “Fənər”in bu rəqibə qarşı 6 oyunluq qələbə seriyası başa çatdı. “Fənər”lilər üçün yeganə təsəlli komandanın 15-ci həftəni də məğlubiyyətsiz tamamlaması oldu. Amma liderlə xal fərqinin artması azmış kimi, 2-ci pillə də əldən çıxdı!

Bazar günü “Gənclərbirliyi” “Fatih Karagümrük”ü darmadağın etdisə, “Kasımpaşa” Əmrə Belözoğlunun debüt oyununda Kocaelidən qolsuz bərabərliklə qayıtdı. “Gənclər”in qələbəsinə baxmayaraq, baş məşqçi Volkan Dəmirəl klubda baş verən növbədənkənar seçki və onu bu vəzifəyə gətirən başqan Mehmet Kayanın istefa verməsi üzündən matçın ardından istefa verdiyini bildirdi. Turun daha bir önəmli oyunu İzmirdə keçirildi. İnamlı mövsüm keçirən “Trabzonspor” səfərdə “Göztəpə”ni məğlub etməklə iddiasını ortaya qoydu. Halbuki bu mövsüm “Fənərbaxça” ilə “Beşiktaş” İzmirdə qələbə qazanmaq bir yana, heç qol da vura bilməmişdilər. Oyunda əsas hadisələr ikinci hissəyə təsadüf etdi. Əla formada olan Muçi dubl edərək komandasına həyat verdi. Vaqner Pina 79-cu dəqiqədə qırmızı vərəqə almaqla qaradənizliləri azlıqda qoydu. Amma “Göztəpə”nin gücü yalnız fərqi minimuma endirməyə yetdi. 2022-nin martından bəri ilk dəfə superliqada 10 oyunluq məğlubiyyətsiz seriya yaxalayan Fatih Təkkənin komandası bu dəyərli qələbə sayəsində “Fənərbaxça”nı 2-ci pillədən sıxışdırdı.

15-ci tur
Qalatasaray – Samsunspor 3:2

Sane, 8. Osimhen, 29; 90+2 – Musaba, 56. Əmrə Kılınc, 88.
Qalatasaray: Uğurcan Çakır, Sançes, Lemina (Arda Ünyay, 46/İkardi, 90+1), Əbdülkərim Bardakcı, Kazımcan Karataş, Torreyra, Sara (Berkan Kutlu, 84), Sane, İlkay Gündoğan (Yunus Akgün, 68), Barış Alpər Yılmaz, Osimhen.
Samsunspor: Okan Kocuk, Zəki Yavru, Borevkoviç, Van Drongelen, Tomasson (Muandilmaci, 81), Makumbu, Holse, Eyüp Aydın (Nçam, 46), Əmrə Kılınc, Musaba, Ndiaye (Yunus Əmrə Çift, 90+1).

İstanbul BŞ - Fənərbaxça 1:1
Bertuğ Yıldırım, 81 – Şkrinyar, 64.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər (Ebosele, 85), Duarte, Ba, Operi, Kemen, Umut Günəş (Onur Ərgün, 86), Fayzullayev (Bertuğ Yıldırım, 71), Şomurodov, Arit, Da Kosta (Brniç, 78).
Fənərbaxça: Ederson, Semedo (Kərəm Aktürkoğlu, 20), Şkrinyar, Yiğit Efe Dəmir, Ləvənt Mercan, Fred (İsmayıl Yüksək, 78), Alvares, Oğuz Aydın, Asensio, Talişka (Nene, 57), Duran (Ən-Nəsiri, 57).

Beşiktaş – Qaziantep 2:2
Ture, 35. Abraham, 70 – Bayo, 7; 66.

Göztəpə - Trabzonspor 1:2
Dennis, 85 – Muçi, 46; 76.
Trabzonspor: Onana, Pina, Sərdar Saatçı, Bataqov, Mustafa Eskihellaç (Sikan, 90+4), Ozan Tufan, Jabol-Folkarelli, Zubkov (Arif Boşluk, 84), Muçi, Olaiqbe (Auqusto, 69), Onuaçu.

Gənclərbirliyi – Fatih Karagümrük 3:0
Oğulcan Ulqun, 29. Koyta, 65. Metehan Mimaroğlu, 74.

Eyüpspor – Kayserispor 1:1
Əmrə Akbaba, 51 – Beneş, 70.

Konyaspor – Çaykur Rizəspor 1:1
Umut Nayır, 66-p. – Samet Akaydın, 45+1.

Alanyaspor – Antalyaspor 0:0

Kocaelispor – Kasımpaşa 0:0


1. Qalatasaray 15 11 3 1 32-11 36
2. Trabzonspor 15 10 4 1 27-13 34
3. Fənərbaxça 15 9 6 0 32-14 33
4. Göztəpə 15 7 5 3 18-9 26
5. Beşiktaş 15 7 4 4 26-19 25
6. Samsunspor 15 6 7 2 22-16 25
7. Qaziantep 15 6 5 4 23-24 23
8. Kocaelispor 15 5 4 6 12-15 19
9. İstanbul BŞ 15 4 5 6 20-17 17
10. Alanyaspor 15 3 8 4 14-15 17
11. Konyaspor 15 4 4 7 20-24 16
12. Çaykur Rizəspor 15 3 6 6 17-23 15
13. Antalyaspor 15 4 3 8 14-25 15
14. Gənclərbirliyi 15 4 2 9 17-21 14
15. Kasımpaşa 15 3 5 7 14-21 14
16. Eyüpspor 15 3 4 8 10-18 13
17. Kayserispor 15 2 7 6 15-32 13
18. Fatih Karagümrük 15 2 2 11 13-29 8

Bombardirlər: Onuaçu (Trabzonspor) – 11, Şomurodov (İstanbul BŞ) – 10, Ən-Nəsiri (Fənərbaxça), İkardi (Qalatasaray), Umut Nayır (Konyaspor) – 7.

Turun rəqəmi
9 - “Samsunspor” heç cür “Qalatasaray”a qarşı uğursuz seriyaya son qoya bilmir. Təsəvvür edin, Samsun təmsilçisi İstanbulun digər nəhəgləri - “Beşiktaş” və “Fənərbaxça”ya qarşı keçirdiyi son 5 superliqa matçının hamısından bərabərliklə ayrılıb. Bu mövsüm Avropa səhnəsində də bu komandanın mühüm nəticələr əldə etməsi heç kimə sirr deyil. Amma “Samsunspor” “Qalatasaray”a qarşı superliqada ardıcıl 9-cu (!) oyunda məğlub oldu. Bu rəqibi samsunlular sonuncu dəfə 2005-ci ildə məğlub edib.

Turun ulduzu
Ernest Muçi (Trabzonspor) – Osimhen də var, ancaq üstünlüyü albaniyalıya veririk. Həm “Göztəpə”nin buna qədər bu mövsüm evdə uduzmadığını, həm də Muçinin son həftələrdə komandası üçün önəmli qollar vurduğunu nəzərə alsaq, istedadlı futbolçu bu ada layiqdi. Müqavilə ilə “Beşiktaş”a məxsus olan 24 yaşlı yarımmüdafiəçi Türkiyə karyerasında ilk dəfə ardıcıl 3 turda qol vurmağı bacardı. Özü də o, ardıcıl 2-ci səfər oyununda dubl etdi! Maraq üçün bildirək ki, “Trabzonspor”un heyətində superliqada ardıcıl 2 səfər oyununda ən azı iki qol vuran sonuncu futbolçu 2010-un dekabrında Burak Yılmaz olmuşdu.

Turun sitatı
Yüksəl Yıldırım, “Samsunspor”un prezidenti:

“Hətta kor hakim belə o epizodda topun ələ dəydiyini görərdi. Bu gün meydanda bizi yox etdilər. Xərclədiyim bütün pullar haram olsun! Ötən tur derbidən sonra “Qalatasaray” cəbhəsi çox şey söylədi. İndi də çıxıb danışsınlar! 1 xalımızı əlimizdən aldılar. TFF prezidenti dərhal istefa verməlidi. Çünki dediklərinin heç birini etmir. Ötən mövsüm də bu stadionda haqsızlığa məruz qalmışdıq. “Qalatasaray”a bu stadionda hakimlər yardım edir. Avropada hakimlər haqqımıza girmədiyi üçün yaxşı nəticələr əldə edirik və liderik. Dekabrın 5-i Türkiyə futbolu tarixinə qara cümə kimi düşdü”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Hər kəsin son anlardakı penalti epizodundan danışdığını bilirəm. Əslində bizim də hakimdən narazı qalmaq üçün yetərincə əsasımız var. Lehimizə iki penalti və bir qırmızı vərəqə verilə bilərdi. Həmin epizodda Kazımcanın qolunun təbii vəziyyətdə olduğunu düşünürəm. Çempionlar Liqasında da buna bənzər epizodlar olur. Səhv etmirəmsə, “Real”ın oyununda belə epizod olmuşdu. Düzdü, hakim penalti versə, heç kim bir söz deməzdi. Amma hər epizod hakimlər tərəfindən eyni qiymətləndirilmir. Kazımcanın qolu açıq kimi görünsə də, bilərəkdən əllə oynamadı. Eyni şəkildə rəqib Sançesin ayağına bassa da, qırmızı vərəqə almadı. “Samsunspor”un ikinci qolundan öncə hakim xeyrimizə qayda pozuntusu verə bilərdi. Hakimin hər qərarına hörmətlə yanaşmaq lazımdı. Arda Ünyayı sırf taktiki gediş naminə əvəzlədim. Gənc oyunçu olduğu üçün üzgünlüyünü anlayıram. Amma bu addım komanda naminə atıldı. Zatən iki hücumçulu sxemlə oynayandan sonra qələbə qolunu vurduq”.

Domeniko Tedesko, “Fənərbaxça”nın baş məşqçisi:
“Bizim üçün uğurlu qarşılaşma olmadı. İlk 15 dəqiqədə üstün idik və həmin anlarda iki real qol fürsətindən yararlana bilmədik. Əvəzetmələr hansısa futbolçuların zəif oyunundan qaynaqlanmadı. Sadəcə oyunumuzda qan dəyişikliyinə ehtiyac var idi. Asmaların qarşısını kəsə bilsəydik, bu matçdan 3 xalla ayrılardıq. Talişka və Duranın timsalında iki hücumçulu taktika ilə oynadıq. Bu sistemlə daha təhlükəli oluruq. “Qalatasaray”la derbidə də iki hücumçuyla oynamağa başlayandan sonra qol vurmuşduq. Həm də Talişka ilə Duran bir-birini yaxşı anlayır. Hücumçularımızın hərəsinin bir problemi var. Duran fiziki cəhətdən istədiyimiz səviyyədə deyil. Ən-Nəsiri az qol vurduğu üçün psixoloji problemlər yaşayır. Amma onların səviyyəsinə inanırıq. Bəzən kənardan oyuna çox qapılıram və duyğusal oluram. Bu gün dördüncü hakim mənimlə çox yaxşı davrandı və bütün epizodları ətraflı izah etdi. Duyğusal anlarda da məni sakitləşdirdi”.

Fatih Təkkə, “Trabzonspor”un baş məşqçisi:
“Daha bir mühüm maneənin öhdəsindən gəldik. Komandam alqışa layiqdi. Mübarizə əzminə görə oyunçularıma təşəkkür edirəm və onlarla qürur duyuram. “Göztəpə”nin oyun planını hələ ilk yarıda pozduq. Heyətdəki itkilərə baxmayaraq, yaxşı təsir bağışladıq və oyuna nəzarət etdik. İkinci hissədə bəzi sadə səhvlərə yol verdik. Azlıqda qaldıq və rəqib təzyiqi artırdı. Müdafiədə sıxıntılar yaşadığımız üçün Onuaçunu geri çəkməli olduq. Çəx dəyərli 3 xal qazandıq. Fanatlarımız bizə güvənməkdə, dəstək verməkdə davam etsinlər. Yeni qurulmuş komanda olaraq, qısa müddətdə önəmli nəticələr əldə etmişik. Hər kəsin böyük şübhə ilə baxdığı bir komandadan hər kəsin qorxduğu komandaya çevrilmişik. “Qalatasaray” – “Samsunspor” matçındakı epizod? Fikrimcə, hər kəsin həmin epizodla bağlı rəyi eynidi. Belə məqamlarda insanların etibarı sarsılır”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-12-2025, 14:0

''Samsunspor'' yenə ''Qalatasaray''la bacarmadı

Dünya futbolu

11-11-2024, 22:0

''Qalatasaray''dan növbəti qələbə, Burukdan növbəti rekord

Dünya futbolu

10-04-2023, 16:0

“Qalatasaray”ın həsrəti 4 ilə yüksəldi - ŞƏRH

Dünya futbolu

17-08-2024, 13:0

''Qalatasaray'' Okan Burukun yubiley oyununda qalib gəldi

Dünya futbolu

11-04-2025, 15:0

''Qalatasaray'' vacib oyunda bu futbolçulardan yararlana bilməyəcək

Konfrans Liqası

7-11-2025, 00:0

“Samsunspor” maksimum nəticə ilə zirvədə!

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
  • Dünən, 12:00
    “Sabah”a böyük ümidlərlə
  • Dünən, 11:52
    “Sabah” – “Nyu Seynts” matçına neçə bilet satılıb? – hələ minlərlə boş yer var!
  • Dünən, 11:35
    Gözlənilən aqibətlə üzləşdi
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 242
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 203
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə