"Neftçi"nin müdafiəçisi üçün 200-cü oyun

3.11.2025 22:13 5
Ölkə futbolu
Elvin Bədəlov ölkə çempionatlarının yüksək dəstəsində 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Neftçi”nin müdafiəçisinin yubileyi Misli premyer-liqasının 10-cu turuna təsadüf edib. 30 yaşlı müdafiəçi “Kəpəz”lə ev görüşündə (5:1) forma geyib.

O, premyer-liqadakı 200 matçda 3 qola imza atıb. Elvinin debütü 2013/14 mövsümündə “Neftçi”nin heyətində gerçəkləşib. O, “ağ-qaralar”ın heyətində 51 (1 qol), “Sumqayıt”da 149 (2 qol) oyun keçirib.

Bədəlov turnirin tarixində 200 və daha çox matça çıxan 157-ci futbolçudu. O, buna cari mövsümdə nail olan ikinci oyunçudur. Filip Ozobiç də “200”ü mövsümün gedişində arxada qoyub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul