Millimiz FİFA turnirinin qalibi oldu

2.12.2025 19:06 8
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində bu gün ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma paytaxt Dəkkədə yerli komanda ilə qarşılaşıb. İlk görüşündə Malayziya yığması üzərində 2:0 hesablı qələbə qazanan Siyasət Əsgərovun yetirmələri Banqladeş yığmasını 2:1 hesabı ilə məğlub edib. Komandamızın heyətində qolları 19-cu dəqiqədə Sevinc Cəfərzadə, 84-cü dəqiqədə Esra Manya vurub.

Bununla da milli 6 xalla “FIFA Tri Nations Women’s Football Series 2025” turnirinin qalibi olub.