Millimiz qələbə qazandı

29.11.2025 22:30 9
Ölkə futbolu
Bu gün qadınlardan ibarət millimiz Banqladeşin Dəkkə şəhərində “FİFA Tri Nations Women’s Football Series 2025” adlı turnirdə mübarizəyə başlayıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız Dəkkədəki "Milli stadion"da keçirdiyi ilk matçda Malayziya ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Peritan Bozdağ (4) və Nigar Mirzəliyeva (24) vurub.

Milli bu turnir çərçivəsində dekabrın 2-də Banqladeşlə üz-üzə gələcək.