Abubakar Afrika Millətlər Kubokundan kənarda qaldı

2.12.2025 11:13 32
Ölkə futbolu
"Neftçi"nin ulduz futbolçusu Vensan Abubakar Afrika Millətlər Kuboku üçün Kamerun millisinə çağırılmayıb. 33 yaşlı forvard Afrikanın ən böyük futbol turnirində iştirak etməyəcək.

"Football-plus.az" xəbər verir ki, Abubakardan başqa, “Trabzonspor”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in qapıçısı Andre Onana da millidən kənarda qalıb.

Afrika Millətlər Kuboku 21 dekabr – 18 yanvar tarixləri arasında Mərakeşdə keçiriləcək.

Qeyd edək ki, Kamerun millisi turnirin qrup mərhələsində Qabon, Fildişi sahili və Mozambik komandaları ilə qarşılaşacaq.

Abubakar kapitanı olduğu Kamerun millisinə 2010-cu ildən çağırılır. O, yığmada 116 oyuna çıxıb və 45 qol vurub.