"Əvvəlki matçda hakimin qeyri-peşəkarlığı imkan vermədi"

11.11.2023 21:54 201
Ölkə futbolu
Misli premyer-liqasının 13-cü turunda "Sabah" səfərdə "Turan Tovuz"a qalib gəldi - 3:2.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra "tələbələr"in baş məşqçisi Murad Musayev media nümayəndələrinin önünə çıxıb. Sizi əvvəlcə mütəxəssisin fikirləri ilə tanış edirik:

- Bu gü çox yaxşı və gərgin görüş izıədik. Hər iki komanda hücum edirdi. Hər iki tərəf qələbə qazana bilərdi. Komandam xarakter göstərdi. Çox vacib qələbə qazandıq.

- Davit Volkov bu gün əla oynadı. Epah cəzalanmalı idi ki, ona start heyətdə şans verəsiz?

- David həmişə qol düyumlu olduğunu göstərir. Yaxşı məşq edir və heç vaxt həvəsdən düşmür. Milliyə də müsbət ab-havada gedəcək.

- Nicat Mehbalıyev performansı sizə müsbət siqnal verdi?

- İlk oyunda qələbə qazanması çox önəmlidi. Onu təbrik edirəm.

- İki ardıcıl qələbə qazanmağınıza nə mane olur?

- Əvvəlki matçda hakimin qeyri-peşəkarlığı imkan vermədi. Razıyam, stabil deyilik, bəzi matçlarda yaxşı çıxış etməmişik. Bunun üzərində işləyəcəyik.