“Olabenin xarakterindən xoşum gəlir” - Kurban Berdıyev

8.11.2025 21:10 24
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 11-ci turunda “Turan Tovuz” “Zirə” ilə heç- heçə etdi - 0:0.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Kurban Berdıyev media önünə çıxıb.

⁃ Bütün komanda adından “Zəfər günü” münasibəti ilə təbrik edirəm. Çətin oyun oldu. Xüsusi ilə qırmızı vərəqədən sonra. Amma futbolçularım xarakter göstərdi.

⁃ Olabe qırmızı vərəqə aldığına görə onu danlayacaqsız?
⁃ Xeyr. Çünki o başqa cür oynaya bilmir. Mənim və bütün komandanın onun xarakterindən xoşum gəlir.

⁃ 2 xal itirdiz, yoxsa 1 xal qazandız?
⁃ Qırmızı vərəqədən sonra yaxşı nəticədi.

⁃ Qırmızı vərəqənin ləğv olunmasına münasibətiniz?
⁃ Mühakimə etmək çətindi. Amma niyə ləğv etdi, başa düşmədim.

MÜZƏFFƏR QULUZADƏ