“Düşünürəm ki, “Sumqayıt” üzərində layiqincə qələbə qazandıq” - KANTARİYA

16.09.2024 21:38 184
Ölkə futbolu
Misli premyer-liqasının 6-cı turunda “Şamaxı” “doğma divarlar” arasında “Sumqayıt”ı məğlub etdi. Bununla da “şirlər” turnir cədvəlinin 5-ci pilləsinə qalxdılar. Bölgə təmsilçisi uğurlu nəticələrlə azarkeşləri təəccübləndirməyi bacarır.

Yeganə qolun müəllifi Georgi Kantariya fikirlərini “Football-plus.az” ilə bölüşüb:

“Sevinirəm ki, komandaya qalib gəlməyə kömək edə bildim. "Sumqayıt" yaxşı komandadı. Biz bu oyuna çox ciddi hazırlaşırdıq. Düşünürəm ki, layiqincə qalib gəldik. 6 tur keçib, çox şey dəyişdi. Əvvəlki illərdən fərqli bütün komandalar iddialıdı. Komandada hər şey yaxşıdı və mən bu komandada olmaqdan şadam”.


RÖYANƏ OĞUZ