Mahir bu gün də oynamayacaq?

29.11.2025 01:06 20
Aktual / Dünya futbolu
Noyabrın 28-də Almaniyanın 2-ci bundesliqasında 14-cü tur start götürüb. Artıq iki oyun keçirilib.

Bu gün – noyabrın 29-da isə daha dörd oyunun keçirilməsi nəzərdə tutulur. Mahir Emrelinin şərəfini qoruduğu, elitaya iddialı “Kayzerslautern” autsayderlərdən Braunşveyq “Ayntraxt”ının qonağı olacaq. Almaniya nəşrlərində yer alan xəbərlərə inansaq, həmvətimizin bu gün meydana çıxması real deyil. Mahirin noyabrın 8-də - “Herta” ilə ev oyununda aldığı zədə hələ də sağalmayıb. Onun ən yaxşı halda növbəti turda meydana çıxacağı gözlənilir.

23 xalla 6-cı pillədə qərarlaşan “Kayzerslautern”ə “Anytraxt”la səfər oyununda qələbə çox lazımdı. Ona görə ki, “qırmızı iblislər”dən öndə olan “Elversberq”lə “Darmştadt” 14-cü turda bir-biri ilə qarşılaşacaq, deməli, ikisindən biri xal itirəcək. Mahirin komandası qələbə təqdirində bir pillə irəliləyəcək.

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul