Makdevid susub, Carvis tarix yazır

23.10.2025 22:29 6
İdman
MHL-də son üç gündə keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var.

"Football-plus.az" xəbər verir ki, kanadalı hücumçu Konnor Makdevid karyerasında ilk dəfə mövsümün ilk 5 oyununda fərqlənə bilməyib.

“Edmonton”un kapitanı şənbə günü “Nyu-Cersi” ilə oyunda (3:5) yalnız məhsuldar ötürmə ilə yadda qaldı, qolsuz seriyası davam etdi. 28 yaşlı Makdevid cari mövsümdə keçirdiyi 5 oyunda 7 (0+7) xal toplayıb. MHL-də 11-ci mövsümünü keçirən kanadalı karyerasında ilk dəfə mövsümün əvvəlini bu şəkildə boşa verir.

Əvəzində Set Carvis mövsümün əvvəlində parlayır. “Karolina”nın hücumçusu komandasının “Los-Anceles”ə qalib gəldiyi (4:3 OT) oyunda qələbə qolunu vurdu. 23 yaşlı kanadalı MHL tarixinə mövsümün ilk 5 oyununda 4 dəfə qələbə qolunu vuran 1-ci hokkeyçi kimi düşdü. O, cari mövsümdə keçirdiyi 5 oyunda 8 (6+2) xal toplayıb. Forvard buna qədər “Nyu-Cersi” (6:3), “Filadelfiya” (4:3 OT) və “Anahaym” (4:1) ilə oyunlarda da qələbə qolunu vurmuşdu.

18 oktyabr
Vaşinqon – Minnesota 5:1 (1:0, 1:1, 3:0)
Detroyt – Tampa-Bey 2:1 OT (1:0, 0:0, 0:1, 1:0)
Çikaqo – Vankuver 2:3 B (0:1, 0:2, 0:0, 0:0)
Yuta – San-Xose 6:3 (2:0, 1:2, 3:1)
Baffalo – Florida 3:0 (1:0, 2:0, 0:0)
Ottava – Aylenders 4:5 (1:0, 3:3, 0:2)
Nyu-Cersi – Edmonton 5:3 (0:0, 2:1, 3:2)

19 oktyabr
Vinnipeq – Neşvill 4:1 (2:0, 0:0, 2:1)
Kolambus – Tampa-Bey 3:2 (1:2, 1:0, 1:0)
Monreal – Reyncers 3:4 (2:1, 0:0, 1:3)
Sent-Luis – Dallas 3:1 (0:0, 2:0, 1:1)
Toronto – Sietl 3:4 OT (1:1, 1:2, 1:0, 0:1)
Filadelfiya – Minnesota 2:1 OT (0:0, 0:1, 1:0, 1:0)
Kolorado – Boston 4:1 (2:1, 0:0, 2:0)
Los-Anceles – Karolina 3:4 OT (0:2, 2:1, 1:0, 0:1)
Veqas – Kalqari 6:1 (3:1, 2:0, 1:0)
San-Xose – Pittsburq 0:3 (0:0, 0:1, 0:2)
Vaşinqton – Vankuver 3:4 (0:3, 1:1, 2:0)
Detroyt – Edmonton 4:2 (0:0, 3:1, 1:1)

20 oktyabr
Çikaqo – Anahaym 2:1 OT (0:0, 0:0, 1:1, 1:0)
Yuta – Boston 3:2 (1:1, 1:1, 1:0)

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul