• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Liverpul” biabır, “Tottenhem” darmadağın oldu - İCMAL

Dünya futbolu

27-11-2025, 10:0

Çox güman, mövsümün sonunda premyer-liqada yeni çempion görəcəyik.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” aşkar autsayder “Nottingem Forest” önündə darmadağın olursa, belə qənaət formalaşmalıdı. Əvəzində “Arsenal” inamla titula doğru addımlayır. “Topçular” bu dəfə “Tottenhem”i darmadağın etdi. “Mançester Siti”nin sürpriz məğlubiyyəti ilə yanaşı, başqa maraqlı hadisələr də var.

Lider “Arsenal” turnir cədvəlinin ortalarında qərarlaşan “Tottenhem”i qəbul etdi. “Topçular” elə debütdəcə təhlükəli vəziyyət yaratdı: Eze topu cərimə meydançasına göndərdi, Raysın zərbəsinin qarşısını Vikario aldı. Ardından Saka eyni nöqtədən iki cərimə zərbəsi vurdu, heç birində fərqlənə bilmədi. Nəhayət, 36-cı dəqiqədə hesab açıldı: cərimə meydançasında topu qəbul edən Trossar çevrilərək dəqiq zərbə vurdu.

Fasiləyə qədər 2-ci qol da vuruldu. Müdafiəçiləri arxada qoyan Eze fərqi artırdı. 2-ci hissənin əvvəlində “mahmızlar”ın vəziyyəti bir qədər də çətinləşdi. Timberdən ötürmə alan Eze uzaq küncə dəqiq zərbə ilə dublunu rəsmiləşdirdi. 55-ci dəqiqədə az qala mərkəz xəttinin yaxınlığından topu qapıya göndərən Rişarlison sanki intriqanı bərpa etdi. Ancaq Eze həmin gün qarşısıalınmaz idi. O, 76-cı dəqiqədə daha bir qol vurmaqla həm het-trik etdi, həm də oyunda son nöqtəni qoydu.

“Arsenal”ın ən yaxın izləyicisi artıq MS yox, “Çelsi”di. “Zadəganlar” “Bernli” ilə oyunda heç bir çətinlik çəkmədi. Baxmayaraq ki, uzun müddət meydanda bərabər, əsəbi oyun getdi. Komandalar tələsmir, meydanda təşəbbüs tez-tez tərəflərin birindən o birinə keçirdi. Amma “Çelsi” hissənin sonuna yaxın təşəbbüsü tam ələ keçirdi və Neto hesabı açdı. Hesabda irəli çıxan “zadəganlar” özünü daha inamlı hiss etməyə başladı. “Bernli” 2-ci hissədə, demək olar ki, rəqib qapısına yaxınlaşmadı. Qonaqlar oyunun axarına nəzarət edir, fərqi artırmaq üçün təzyiq göstərirdilər. Bu isə yalnız sonda mümkün oldu. 2:0 hesabı oyunun axarına tam uyğundu.
“Nyukasl”ın qonağı olan MS evə əliboş qayıtdı.

“Şəhərlilər” ilk yarıda ümumilikdə pis təsir bağışlamasalar da, onların qolkiperi Donnarumma da tez-tez oyuna qoşulmalı olurdu. Fasilədən sonra məhsuldar künc zərbələri işə düşdü.

“Sağsağanlar”ın heyətində Barns hesabına dubl yazdı, qonaqlardan Diaş fərqləndi. Qvardiolanın komandası ilk 12 turda 4 məğlubiyyət alıb. Təbii ki, MS-dən belə nəticələr gözlənilmir. “Nyukasl” isə bu dəfə əla oynadı, xüsusən də müdafiə baxımından. Barns və Voltemade rəqib müdafiəsini daim gərginlikdə saxladı, Dokyu ilə Holann isə ümidləri doğrultmadı. MS liderdən artıq 7 xal geri qalır.

“Liverpul”un böhran yaşaması ilə bağlı deyilənlərə inanmaq lazımdı. Slotun komandası premyer-liqada növbəti dəfə uduzdu. Özü də təhlükəli zonada qərarlaşan “Nottingem Forest”ə. “Meşəçilər”in müdafiədə sərt və intizamlı oyunu çempionu darmadağın etməyə imkan verdi. Əvvəlcə meydanda xaotik mübarizə getdi, “qırmızılar” təşəbbüsü ələ almağa çalışdı. Ancaq ilk yarım saat arxada qalandan sonra onlar gözlənilmədən qol buraxdı. Bu qol anlaşmazlıq kimi görünsə də, “Liverpul”un oyun sistemini pozdu. 2-ci hissənin əvvəlində daha bir qol buraxan çempion heç cür toparlana bilmədi. Üstəlik sona yaxın “meşəçilər” 3-cü qolu da vurdu. “Liverpul” bu oyunda çox ümidsiz komanda təsiri bağışladı.

Mövsümün əvvəlini boşa verən “Aston Villa” son 6 oyundakı 5-ci qələbə sayəsində artıq “ÇL zonası”nda qərarlaşıb. Unay Emerinin komandası “Lids”lə oyunun əvvəlində hesabda geri düşsə də, Rocersin dublu sayəsində qələbə qazandı. “Bornmut” – “Vest Hem” oyununda isə “çəkicdöyənlər”in veteran hücumçusu Uilson dubl etdi. Ancaq Enes Ünal 81-ci dəqiqədə “Bornmut”u məğlubiyyətdən qurtardı. “Brayton” – “Brentford” oyununda 84-cü dəqiqədə irəli çıxan meydan sahibləri qələbəni əldən verə bilərdi. Sadəcə, onların qapıçısı Verbrüggen 90+3-cü dəqiqədə Tyaqonun penaltini qola çevirməsinə imkan vermədi.

“Kristal Pelas” səfərdə “Vulverhempton”u, “Fulhem” isə evdə “Sanderlend”i məğlub etdi.

12-ci tur
Arsenal – Tottenhem 4:1

Trossar, 36. Eze, 41; 46; 76 – Rişarlison, 55. (60345)
Arsenal: Rayya, Timber, Saliba, İnkapye (Moskera, 88), Kalafyori (Lüis-Skelli, 90+2), Eze, Subimendi, Rays, Saka, Merino (Nvaneri, 88), Trossar (Madueke, 78).
Tottenhem: Vikario, Romero, Van de Ven, Danso (Simons, 46), Spens (Porro, 78), Palyinya, Bentankur (Kolo Muani, 66), Udoci, Kudus (Conson, 78), Odober (Sarr, 66), Rişarlison.

Bernli – Çelsi 0:2
Neto, 37. Fernandes, 88. (21499)
Çelsi: Sançes, Ceyms (Badyaşil, 46), Çaloba, Adarabioyo, Kukurelya, Santos, Fernandes, Neto, Pedro (Giyu, 76), Gittens, Delap (Hüsto, 67).

Nyukasl – Mançester Siti 2:1
Barns, 63; 70 – Diaş, 68. (52181)
MS: Donnarumma, Nunyeş, Diaş, Qvardiol, O’Rayli, B.Silva (Reynders, 77), Niko, Foden (Marmuş, 87), Şerki (Bobb, 77), Holann, Dokyu (Savinyo, 76).

Liverpul – Nottingem Forest 0:3
Murilyo, 33. Savona, 46. Gibbs-Uayt, 78. (60419)
Liverpul: Alisson, Soboslai, Van Diyk, Konate (Ekitike, 55), Kerkez (Robertson, 68), Makallister, Qravenberx, Cons (Nqumoa, 78), Salah, İsak (Kyeza, 68), Qakpo.

Lids – Aston Villa 1:2
Nmeça, 8 – Rocers, 48; 75. (36819)

Bornmut – Vest Hem 2:2
Tavernye, 69-p. Ünal, 81 – Uilson, 11; 35. (11216)

Brayton – Brentford 2:1
Uelbek, 71. Hinşelvud, 84 – Tyaqo, 29-p. (31358)

Vulverhempton – Kristal Pelas 0:2
Munyos, 63. Pino, 69. (29976)

Fulhem – Sanderlend 1:0
Ximenes, 84. (27560)

Mançester Yunayted – Everton 0:1
Dyusberi-Holl, 29.

1. Arsenal 12 9 2 1 24-6 29
2. Çelsi 12 7 2 3 23-11 23
3. Mançester S. 12 7 1 4 24-10 22
4. Aston Villa 12 6 3 3 15-11 21
5. Kristal Pelas 12 5 5 2 16-9 20
6. Brayton 12 5 4 3 19-16 19
7. Sanderlend 12 5 4 3 14-11 19
8. Bornmut 12 5 4 3 19-20 19
9. Tottenhem 12 5 3 4 20-14 18
10. Mançester Y. 11 5 3 3 19-18 18
11. Everton 12 5 3 4 13-13 18
12. Liverpul 12 6 0 6 18-20 18
13. Brentford 12 5 1 6 18-19 16
14. Nyukasl 12 4 3 5 13-15 15
15. Fulhem 12 4 2 6 13-16 14
16. Nottingem Forest 12 3 3 6 13-20 12
17. Vest Hem 12 3 2 7 15-25 11
18. Lids 12 3 2 7 11-22 11
19. Bernli 12 3 1 8 14-24 10
20. Vulverhempton 12 0 2 10 7-27 2

Bombardirlər: Holann (MS) – 14, Tyaqo (Brentford) – 9, Uelbek (Brayton) – 7, Semenyo (Bornmut), Mateta (Kristal Pelas) - 6.

Növbəti turun oyunları noyabrın 29-30-da keçiriləcək: Brentford – Bernli, Mançester Siti – Lids, Sanderlend – Bornmut, Everton – Nyukasl, Tottenhem – Fulhem, Kristal Pelas – Mançester Yunayted, Aston Villa – Vulverhempton, Vest Hem – Liverpul, Nottingem Forest – Brayton, Çelsi – Arsenal.

Turun rəqəmi
117 – “Nottingem Forest” son 117 ildə ilk dəfə “Liverpul”u darmadağın etdi. Sonuncu dəfə 1908-ci ilin oktyabrında “qırmızılar” “meşəçilər”ə səfərdə 1:5 uduzmuşdu. “Nottingem Forest” həmçinin tarixində ilk dəfə “Liverpul”a səfərdə böyük hesabla qalib gəldi.

Turun ulduzu
Ebereçi Eze (Arsenal) – “Tottenhem”i darmadağın edən “topçular”ın heyətində ən parlaq sima idi. Nəinki üç, hətta dörd-beş qol da vura bilərdi.

Turun sitatı
Vircil van Diyk, “Liverpul”un kapitanı:

“Hədsiz asan qollar buraxırıq. İlk 30 dəqiqədə həqiqətən yaxşı oynadıq, təhlükəli vəziyyətlər yaratdıq. Sonra rəqib standart vəziyyətdən qol vurdu. Çox çətin vəziyyətdəyik, çıxış yolu tapmalıyıq. Dostlar, mən bu barədə paltardəyişmə otağında danışmağa üstünlük verirəm, nəinki sizlə. Fikrimcə, hazırda atmosfer çox pisdi. Güzgüdə özümüzə baxmalıyıq”.


Faktlar
* “Liverpul” hazırda 18 xalla 11-ci pillədə qərarlaşıb. Bu, “Lester”in dönəmindən bəri fəaliyyətdə olan çempionlar üçün ən pis startdı. “Tülkülər” 2016/17 mövsümündə ilk 12 turdan sonra cəmi 12 xal toplamışdı. “Çelsi” isə 2015-də bundan da pis start götürüb. “Zadəganlar” çempionluqdan sonrakı mövsüm keçirdiyi ilk 12 oyunda 11 xal toplamışdı.
* “Liverpul” 1965-ci ilin aprelindən bəri ilk dəfə premyer-liqadakı ardıcıl iki oyunda 3 top fərqi ilə uduzdu. Onda komandanı Bill Şenkli çalışdırırdı. Slotun komandası “Nottingem Forest”dən əvvəl səfərdə “Mançester Siti”yə də 0:3 hesabıyla uduzmuşdu.
* İsak “Liverpul”da antirekord müəyyənləşdirdi. O, klub tarixinə premyer-liqada start heyətində meydana çıxdığı ilk 4 oyunun hamısında uduzan birinci futbolçu kimi düşdü. İsveçli hücumçu “Nottingem Forest”ə qədər “Kristal Pelas” (1:2), “Çelsi” (1:2) və “Mançester Yunayted” (1:2) ilə oyunlara da start heyətində başlamışdı. Forvard yayda “Nyukasl”dan premyer-liqa üçün rekord sayılan 125 milyon funta alınıb. İsak premyer-liqada keçirdiyi 5 oyunda yalnız bir məhsuldar ötürmə verib.
* Eze “Arsenal”la “Tottenhem” arasındakı rəsmi oyunlarda 4-cü het-trikin müəllifi oldu. Ona qədər Şimali London derbilərində üç qol vuran futbolçuların siyahısı: Ted Dreyk (“Arsenal”, 1934), Terri Dayson (“Tottenhem”, 1961), Alan Sanderlend (“Arsenal”, 1987).
* “Arsenal” “Tottenhem”i ardıcıl 4-cü oyunda məğlub etdi. Bu, “topçular”ın “mahmızlar” üzərində son 36 ildəki ən uzun qələbə seriyasıdı. “Arsenal” 1987-89 aralığında ardıcıl 6 oyunda “Tottenhem”i məğlub etmişdi.
* “Arsenal” 3,5 ildi “Tottenhem” uduzmur. Bu komandalar arasındakı son 7 rəsmi oyunun 6-da “topçular” qalib gəlib, daha bir oyun heç-heçə bitib. “Mahmızlar” “Arsenal”ı sonuncu dəfə 2022-nin mayında məğlub edib (3:0).

Oyundan sonra
Entso Mareska, “Çelsi”nin baş məşqçisi:
“Nəticədən çox razıyam, bizə belə qələbə lazım idi. Yığma fasiləsindən dərhal sonra günün erkən saatında oynamaq çətindi. Bu üzdən həm nəticədən, həm də komandamın oyunundan çox razıyam. Rəqib çox yaxşı müdafiə olundu, bizə boş zonalar vermədi. Burda qol buraxmadan qalib gəlmək çox çətindi. Fikrimi bilmək istəyirsizsə, rəqibin ikinci hissədə yalnız bir yaxşı imkanı oldu. Biz daha çox qol vəziyyəti yaratmaqla qələbəni haqq etdik”.

Arne Slot, “Liverpul”un baş məşqçisi:
“İlk 30 dəqiqədə futbolçular istədiyimi etdi, enerjiliydilər, çoxlu qol vəziyyəti yaratdılar. Amma biz standart vəziyyətdən qol buraxandan sonra hər şey dəyişdi. Artıq qol vəziyyətləri yaratmaqda çətinlik çəkməyə başladıq. Oyuna düzəlişlər etməyə çalışsam da, heç nə alınmadı. Böyük məyusluq yaşayırıq, bu məğlubiyyətin məsuliyyəti mənim üzərimdədi. Futbolçular qol vurmağa çalışırdılar – onları nədəsə günahlandıra bilmərəm”.
Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Bərabər və cəlbedici oyun idi. Həm rəqibin, həm də bizim qol imkanlarımız oldu. Nəticədə rəqib bizdən daha artıq qol vurdu. Yaxşı imkanları əldən verdik. Futbolçularımızda bunları qola çevirmək üçün ustalıq var. İkinci hissəyə çox yaxşı başladıq, təşəbbüsə yiyələndik, topu lazımi zonalara çatdırdıq. Əminəm ki, bütün komandalar evdə oynamağı xoşlayır. MS də istisna deyil. “Nyukasl”a qarşı səfərdə oynamaq həmişə çətindi, hətta rəqib turnir cədvəlinin aşağılarında qərarlaşanda da, ardıcıl iki oyunda uduzandan sonra da. Döyüşdük, futbolçularım oyundan qopmadı, ancaq lazımi nəticəyə nail ola bilmədik”.

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Bizim üçün xüsusi gündü. Bu oyunun nə qədər vacib olduğunu, azarkeşlərimiz üçün necə əhəmiyyət daşıdığını bilirdik. Onlara qələbə sevinci bəxş etmək gözəldi. Eze 4-5 qol vura bilərdi. Oyunboyu dominantlıq etdik. Meydana kim çıxır-çıxsın, işini görməyə çalışır. Bu heyətin səviyyəsi və inamı var, sabit nəticələr göstərməyə qadirik. Hələ ki nəticələrimiz yaxşıdı, ancaq premyer-liqada hər oyunun necə çətin keçdiyini bilirsiz. İrəlidə hələ çoxlu oyun var. Bu gün qələbədən ləzzət alaq. Sonra isə “Bavariya” ilə evdə, “Çelsi” ilə səfərdə oynayacağıq. Bizi çətin həftə gözləyir”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

20-03-2024, 18:0

“Tottenhem” darmadağın oldu – TURUN ŞƏRHİ

Dünya futbolu

2-02-2024, 23:0

“Arsenal” “meşəçilər”in öhdəsindən gəldi

Dünya futbolu

25-04-2024, 19:0

“Arsenal” “Çelsi”ni darmadağın etdi

Dünya futbolu

28-08-2025, 13:0

Mançester klubları susdu, London nəhəngləri hərəyə 5 qol vurdu - icmal

Dünya futbolu

4-10-2023, 19:0

MS, MY və “Liverpul” uduzdu, “Tottenhem”lə “Arsenal” liderə yaxınlaşdı

Dünya futbolu

8-05-2024, 19:0

Liderlər qələbə qazandı, “Tottenhem” ardıcıl 4-cü oyunda uduzdu

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:47
    ABŞ fərqi artırdı, Türkiyə gözləyir - DÇ gecəsi
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə