İstanbulda şok məğlubiyyət - ''Qalatasaray'' Belçika klubları ilə bacarmır

26.11.2025 12:03 17
Dünya futbolu
Çempionlar Liqasında əsas mərhələnin 5-ci turunda İstanbulda iki ölkə çempionu - ''Qalatasaray'' və ''Yunion'' üz-üzə gəldi.

"Football-plus.az" xəbər verir ki, son 3 turda ''Liverpul'', ''Bude/Qlimt'' və ''Ayaks'' üzərində parlaq qələbələr qazanan İstanbul nəhəngi bu görüşdə də aşkar favorit sayılırdı. Amma əsas qol silahı Viktor Osimhenin xidmətindən zədə üzündən faydalana bilməyən ''Cim-Bom'' ümidləri doğrultmadı. Okan Burukun komandası nə hücumda, nə də müdafiədə gözlənilən oyunu sərgiləyə bildi.

57-ci dəqiqədə Promis Davidin vurduğu qol oyunda oyunda yeganə oldu və ''Yunion'' minimal hesablı sürpriz qələbə qazandı. ''Qalatasaray'' yenə Osimhensiz uğurlu nəticə əldə edə bilmədi. 1-ci turda Frankfurt səfərində də komanda Osimhensiz oynamış və 1:5 hesabı ilə uduzmuşdu.

Xatırladaq ki, nigeriyalı forvard avrokuboklarda oynadığı son 8 matçın hamısında qol vurub. Ümümiyyətlə, ''Qalatasaray''ın Belçika klublarına qarşı sindrom yaşaması diqqət çəkir. ''Sarı-qırmızılar'' tarixi boyu Belçika təmsilçisinə qarşı keçirdiyi 9-cu oyunda da qələbəyə həsrət qaldı (4 heç-heçə, 5 məğlubiyyət)!

''Qalatasaray''ın doğma meydanda 33 rəsmi oyunluq məğlubiyyətsiz seriyası da başa çatdı. Komanda fanatları önündə sonuncu dəfə ötən ilin avqustunda, ÇL-in təsnifatının ''Yanq Boyz''la cavab oyununda uduzmuşdu (0:1). O qarşılaşma eyni zamanda ''aslan''ın avrokuboklarda qol vura bilmədiyi son oyun idi və 14 matçlıq bu seriya da başa çatdı.

Daha bir diqqətçəkən məqam Okan Burukun cəmi 1 əvəzetmədən istifadə etməsi oldu. 53-cü dəqiqədə İsmail Yakobsun yerinə Arda Ünyay oyuna daxil oldu. Gənc müdafiəçi 80 və 89-cu dəqiqələrdə iki sarı vərəqə alaraq komandasını son anlarda azlıqda qoydu.

''Qalatasaray''ın ÇL-də yalnız bir dəyişiklikdən istifadə etdiyi son qarşılaşmanı 2002-ci ildə ''Liverpul''a qarşı keçirmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul