Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Napoli” - "Qarabağ" matçını stadiondan izləyib.
"Football-plus.az" xəbər verir ki, Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klubun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb. O, görüş zamanı komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib.
Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır. Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və sabit performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.