"Football-plus.az" xəbər verir ki, görüş Misli premyer-liqasını 29-cu turunun bu gün keçirilən “Qarabağ” – “Zirə” oyunu (1:0) çərçivəsində baş tutub.
Tahir Gözəl və rektor arasında fikir mübadiləsi aparılıb. Şahin Bayramov “Qarabağ"ı Qarabağ Universitetinə dəvət edib.
Tahir Gözəl bu dəvətə müsbət münasibət bildirib. O vurğulayıb ki, komandanın yaxın planlarında bölgəyə – o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur:
“Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq”.
Qeyd edək ki, görüş zamanı tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər




