Xəbər verdiyimiz kimi, saat 21.00-da “Palms Sports Arena”da dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – İslandiya oyunu başlayacaq.
Artıq Ayxan Abbasovun meydana buraxacağı start heyəti bəllidi: Aydın Bayramov, Anton Krivotsyuk, Bəhlul Mustafazadə, Elvin Bədəlov, Rüfət Abbasov, Abdulla Xaybullayev, Emin Mahmudov (k), Abbas Hüseynov, Xəyal Əliyev, Toral Bayramov, Nəriman Axundzadə.
Ehtiyat oyunçularımızın siyahısı: Səlahət Ağayev, Rza Cəfərov, Rəhman Daşdəmirov, Səbuhi Abdullazadə, Renat Dadaşov, Rüstəm Əhmədzadə, Bədavi Hüseynov, Ceyhun Nuriyev, Rüfət Abdullazadə, Cəlal Hüseynov, Qismət Alıyev, Anatoli Nuriyev.
Uğurlar milli komanda!