“Napoli”nin “Qarabağ”a qarşı matç üçün start heyəti açıqlandı – İDDİA

25.11.2025 16:17 36
Avrokuboklar / Aktual
Heç şübhəsiz, “Napoli” – “Qarabağ” matçıyla bağlı səbrsizliklə gözlənilən məqamlardan biri də komandaların meydana hansı start heyəti ilə çıxacağıdı.

“Football-plus.az” bildirir ki, bu barədə ən dəqiq məlumat oyunun start fitinə təxminən 1 saat qalmış klublar tərəfindən paylaşılır. Lakin “Calcio Napoli 1926” nəşrinin iddiasına inansaq, Neapol təmsilçisinin ilk “11-liy”i artıq bəllidi.

Belə ki, meydan sahiblərinin baş məşqçisi Antono Konte komandanı meydana 3-4-3 taktiki düzülüşüylə çıxaracaq. Onun start heyətində güvənəcəyi futbolçuların siyahısı: 32. Vanya Milinkovic-Savic, 31. Sem Beukema, 13. Amir Rrahmani, 4. Alessandro Buoncorno, 22. Covanni Di Lorentso, 68. Stanislav Lobotka, 8. Skott Maktominey, 3. Migel Qutyerres, 21. Matteo Politano, 19. Rasmus Höylunn, 7. David Neres.

Xatırladaq ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək matç bu gün saat 00.00-da başlayacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul