Misli premyer-liqasının 12-ci turu “Sabah” üçün yubiley heç-heçəsi ilə əlamətdar olub. Masazır təmsilçisi turnirdə 60-cı dəfə meydandan bir xalla ayrılıb.
"Football-plus.az" xəbər verir ki, bu, “Şamaxı” ilə qarşılaşmaya təsadüf edib – 0:0.
“Sabah” premyer-liqada keçirdiyi 223-cü matçda 60-cı "sülh"lə kifayətlənib. Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadı. "Bayquşlar" evdə 32, səfərdə 28 dəfə bərabərə qalıb.
Yarışın 33 illik tarixində ən çox heç-heçə edən komanda “Neftçi”di – 222.