"Səbail"dən 30-cü sülh

16.10.2022 14:57 330
Premyer-liqa
Misli premyer-liqasının 10-cu turunun “Turan Tovuz”la oyunu “Səbail” üçün əlamətdar olub.

Football-plus.az xəbər verir ki, Bakı klubu ölkə çempionatının yüksək dəstəsində 30-cu heç-heçəsini edib. Yubiley sülhü 2:2 hesabı ilə nəticələnib. Paytaxt klubu 142-ci görüşündə bu göstəriciyə çatıb. “Səbail” 14 dəfə evdə, 16 dəfə səfərdə bir xal qazanıb. Bakılılar ölkə çempionatları tarixində 30 və daha çox heç-heçə edən 21-ci komandadı.

Qeyd edək ki, “Səbail”in ilk sülhü 2017-ci il noyabrın 25-də “Sumqayıt”la səfər matçına təsadüf edib – 0:0.