“Sabah” ölkə çempionatında bir mövsümdə ən çox heç-heçə edən komanda rekordunu təkrarlayıb.
"Football-plus.az" xəbər verir ki, bu, 27-ci turun “Zirə” ilə görüşünə (1:1) təsadüf edib. Paytaxt təmsilçisi Misli premyer-liqasının 2024/25 mövsümündə 14-cü heç-heçəsini rəsmiləşdirib. Bunadək üç dəfə eyni klub 14 "sülh"ə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib.
Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir "sülh"lə “Sabah” mütləq rekordun müəllifi olacaq.