“Sabah” premyer-liqada 150-ci qolunu vurub.
Football-plus.az PFL-ə istinadən xəbər verir ki, bu, “Neftçi” ilə qarşılaşmaya təsadüf edib. Misli premyer-liqasının 19-cu turunda hesabı açan Coy-Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
Yüksək liqada 2018/19 mövsümündə debüt edən Bakı klubu 150-yə 123-cü matçında çatıb. 2:0 hesablı qələbə qazanan “Sabah”ın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdi. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqlənib.
“Sabah” premyer-liqada ən azı 150 qol vuran 23-cü komandadı.