"Qarabağ"da son durum necədi? - milli komandalara çağrılan oyunçularla bağlı açıqlama

28.03.2025 14:23 291
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, "Qarabağ" Misli premyer-liqasının yığmalara ən çox oyunçu göndərən komandasıdı.

Belə ki, Yassin Benzya Əlcazair, Marko Yankoviç və Marko Veşoviç Monteneqro, Patrik Andrade Kabo-Verde, Şahruddin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Toral Bayramov, Nəriman Axundzadə və Musa Qurbanlı isə Azərbaycan millisinin bu ay keçirilən matçları üçün yığmalara dəvət edilmişdi.

Bəllidi ki, Ağdam təmsilçisi bu gün 28-ci tur çərçivəsində "Turan Tovuz"un qonağı olacaq. Bəs, bütün futbolçular düşərgəyə qayıdıbmı? Millilərin oyunlarında zədələnən oyunçular varmı?

Bu suallarla "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Klub rəsmisi "Football-plus.az"a açıqlamasında bütün oyunçuların düşərgəyə qayıtdığını, yalnız Şahruddin Məhəmmədəliyevin zədəli olduğunu dedi. Qapıçının yaşıl meydana qayıdacağı vaxt hələ bilinməsə də, azı bir həftə məşq etməyəcəyi məlumdu.

Xatırladaq ki, qolkiper yığmamızın Haitiylə matçında iştirak etsə də, zədə üzündən Belarusla oyunu buraxıb.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul