Bu yay “Mançester Yunayted”dən ayrılacaq bir futbolçunun adı dəqiqləşib.
Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, rəhbərlik yayda müqaviləsinin müddəti başa çatacaq danimarkalı yarımmüdafiəçi Kristian Eriksenlə yolları ayıracaq.
MY-də 2022-ci ildən çıxış edən 33 yaşlı futbolçu bu mövsüm 27 oyuna 4 qol vurub, 4 məhsuldar ötürmə edib.