Braziliya yığmasında daha bir itki

8.10.2024 18:56 314
Dünya futbolu
Braziliya yığmasında daha bir itki var.

“Real”ın mərkəz müdafiəçisi Eder Militao milli komandanın qarşıdakı oyunlarını buraxacaq.

26 yaşlı futbolçu yığmaya qoşulsa da, tibbi müayinədən keçərkən ona əzələ zədəsi diaqnozu qoyulub.

Beləliklə, Militao DÇ-2026-nın seçmə mərhələsinin Çili (10 oktyabr) və Peru (15 oktyabr) ilə keçiriləcək oyunlarını buraxacaq. Onun yaşıl meydana nə vaxt qayıdacağı hələlik məlum deyil.

Yeri gəlmişkən, Eder bu mövsüm 12 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.