Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində 6-cı İslam Həmrəyliyi Oyunları davam edir.
"Football-plus.az" xəbər verir ki, bu gün Azərbaycanın iki güləşçisi turnirdə finala vəsiqə qazanıb.
Sərbəst güləşçimiz İslam Bazarqanovun (57 kq) ilk rəqibi Tambi Roland (Kamerun) xalça üzərinə çıxmayıb. O , daha sonra 1/4 finalda Ali Momenijoujadeyə (İran) 4:2, yarımfinalda Said Zazaiyə (Əfqanıstan) 10:0 hesabı ilə qalib gəlib.
Qadın güləşçimiz Ruzanna Məmmədova (62 kq) isə yarımfinalda özbəkistanlı Nigina Sabirovanı (6:0) üstələyib.