İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı keçirilir.
Football-plus.az xəbər verir ki, bu gün daha iki yunan-Roma güləşçimiz mübarizəyə başlayıb. 60 kq-da Nihat Məmmədli təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib - 5:0. O, 1/8 finalda hindistanlı Sumit Sumitdən güclü olub - 9:0. Nihat 1/4 finalda ukraynalı Vladislav Kuzkoya qalib gələrək (4:1) adını yarımfinala yazdırıb. İdmançımız yarımfinalda qırğızıstanlı Nurmuxammet Abdullayevi də 3:1 məğlub edərək finala adlayıb. Güləşçimiz sabah həlledici görüşdə türkiyəli Kerem Kamalla qarşılaşacaq.
72 kq-da Qurban Qurbanov ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabıyla üstələyib. Qurbanov 1/8 finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib - 8:0. Qurban 1/4 finalda iranlı Əmir Abdini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İrfan Mirzoyevlə qarşılaşıb. O, rəqibini 7:1 hesabı ilə məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb. Qurbanov finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gələcək.
55 kq-da Nihad Quluzadə isə final görüşünə çıxıb. O, qızıl medal uğrunda İran idmançısı Poya Marzla üz-üzə gəlib. Təmsilçimiz 1:5 hesabıyla uduzub və gümüş medalın sahibi olub.