Güləşçilərimizdən 3 qızıl medal - KONYA-2021

10.08.2022 20:42 411
İdman
Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunları keçirilir.

Football-plus.az xəbər verir ki, ölkəmiz aktivinə növbəti qızıl medalları yazdırıb. Sərbəst güləşçi Turan Bayramov (74 kq) həlledici görüşdə iranlı Məhəmmədsadıq Firuzpura 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

Digər sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) finalda Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib. İdmançımız təmiz qələbə ilə qalib gələrək fəxri kürsünün birinci pilləsinə qalxıb.

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) də finala vəsiqə qazanıb. O, həlledici görüşdə özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.