"Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"nin qonağı olacaq. Noyabrın 14-dən matç üçün biletlər satışa çıxarılıb.
Noyabrın 25-i, Bakı vaxtıyla saat 00.00-da başlayacaq görüşdə "köhlən atlar"ın azarkeşləri üçün 2480 yer ayrılıb. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin "Football-plus.az"a verdiyi məlumata görə, indiyə qədər həmin yerlərdən 950-si sahibini tapıb.
İş ondadı ki, klubdan asılı olmayan səbəblərə görə qonaq azarkeşlərə ayrılan vauçerlərin satışı sabahdan etibarən dayandırılacaq. Yəni hazırda "Qarabağ"a dəstək olmaq istəyənlər biletləri onlayn qaydada "iticket.az"dan əldə edə bilər. Qiymət 110 manatdı. Azərbaycanlı azarkeşlər stadiona "Gate 26"danə daxil olacaq.
Maraq üçün qeyd edək ki, matçın keçiriləcəyi stadion 54726 yerlikdii.
KƏNAN BAHADIR