Misli premyer-liqasının 12-ci turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.
"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi Elçin Məsiyev zədələndiyi üçün “Karvan-Yevlax” - “Kəpəz” görüşünün baş hakimi Rauf Cabbarov olacaq. Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.
“Araz-Naxçıvan” - “Turan Tovuz” oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.