"Neftçi"nin hücumçusu Alessio Kurçinin şərəfini qoruduğu Lüksemburq millisi DÇ-2026-nın seçmə mərhələsinin A qrupunda 6-cı turda Şimali İrlandiya ilə qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, Belfastda keçirilmiş matç qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Kurçi bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib. Lüksemburq öz qrupunda xal qazana bilməyərək dördüncü yeri tutub.