Coşua Zirkzee yenidən İtaliyada oynamaq imkanına malikdi.
"Football-plus.az" xəbər verir ki, “Roma” rəhbərliyi “Mançester Yunayted”in hücumçusuna maraq göstərir. İtaliya klubu hücum xəttini gücləndirməyi planlaşdırır. Məlumata görə, MY futbolçunu 25 milyon avroya yanvar ayında icarəyə verməyə hazırdı.
Zirkzee MY-yə 2024-cü ilin yayında “Boloniya”dan transfer olunub. O, cari mövsümdə İngiltərə premier-liqasında 4 oyunda iştirak edib.