MY-ni tərk edə bilər

17.11.2025 17:58 9
Dünya futbolu
“Mançester Yunayted” Kazemironun müqaviləsini yeniləməyə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik braziliyalı futbolçuya əvvəlki kimi cəlbedici şərtlər təklif etməyi planlaşdırmır. 33 yaşlı futbolçu buna görə klubun yeni təklifi ilə razılaşmayaraq komandadan ayrıla bilər. Belə olarsa, İngiltərə nəhəngi onu əvəzləmək üçün “Real”ın yarımmüdafiəçisi Orelyen Çuamenini transfer etməyi nəzərdən keçirir. Ancaq Madrid klubunun Çuameniyə dair hər hansısa transfer təklifini nəzərdən keçirmək niyyətində olmadığı bildirilir.

25 yaşlı fransalı futbolçu cari mövsümdə “Real”ın heyətində bütün turnirlərdə 15 oyunda çıxış edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul