Kimmix nə vaxt qayıdacaq?

16.11.2025 16:31 8
Dünya futbolu
Almaniya yığmasının aparıcı üzvlərindən olan Coşua Kimmix zədələnib.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi məşq zamanı topuq oynağından xəsarət alıb.

“Bavariya”nın futbolçusu bu səbəbdən DÇ-2026-nın seçmə mərhələsinin Lüksemburqa qarşı matçında iştirak edə bilməyib. Coşuanın sıraya nə vaxt qayıdacağı haqda məlumat verilmir.

Səfər oyununda 2:0 hesabıyla qalib gələn Almaniya A qrupunda 5 oyuna 12 xalla liderdi. Üçqat dünya çempionu qrupda sonuncu oyununu noyabrın 17-də Slovakiyaya qarşı keçirəcək.