Milli komandanı tərk etdi

16.11.2025 14:27 9
Dünya futbolu
Niderland yığmasının müdafiəçisi Denzel Dyumfris zədələnib.

"Football-plus.az" xəbər verir ki, “İnter”in 29 yaşlı futbolçusu bu səbəbdən Polşa yığması ilə keçirilən oyunu buraxıb. Ayağında ağrılar olan Denzelin milli komandanın düşərgəsini tərk etdiyi bildirilib.

Qeyd edək ki, DÇ-2026-nın Polşa - Niderland seçmə oyunu 1:1 hesabıyla nəticələnib. Ronald Kumanın çalışdırdığı komanda G qrupunda 7 oyuna 17 xalla liderdi.