“Azərbaycanda voleybol ölüb, basdıran lazımdı” – azarkeş coşdu

13.11.2025 16:58 17
İdman
Ölkəmizin qadınlardan ibarət voleybol yığması İslamiadada finala çıxsa da, avrokuboklarda çıxış edən klubların hədsiz uğursuz nəticələr göstərməsi heç kimə sirr deyil.

Məsələn, kişilərdən ibarət “Xilasedici” dünən Çağırış kubokunun 1/32 final mərhələsinin ilk oyununda səfərdə “Styaua” ilə qarşılaşdı. Oyun Rumıniya klubunun aşkar qələbəsi ilə başa çatdı – 3:0 (25:21, 25:20, 25:20).

Düzdü, noyabrın 20-də Bakıda bu komandalar arasında cavab oyunu da keçiriləcək. Ancaq “Xilasedici”nin 1/16 finala vəsiqə qazanacağına inanan yoxdu. Azərbaycan Voleybol Federasiyasının “feysbuk” hesabında bu oyunun nəticəsi ilə bağlı paylaşımın altına yazılan rəylərdən də inamsızlığı sezmək mümkündü.

Nicat Quliyev belə yazıb: “Azərbaycanda voleybol ölüb, basdıran lazımdı, başqa heç nə”.

ORXAN

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul