Yığmamız Belçikaya uduzdu

14.08.2025 12:58 20
İdman
Voleybol üzrə kişilərdən ibarət yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığma komanda Belçikada yerli komanda ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb (13:23, 9:25, 13:25).

Qeyd edək ki, millimiz qrupda keçirdiyi hər 3 oyunda məğlub olub. Yığmamız qrupda son matçını avqustun 16-da Bakıda Avstriya seçməsinə qarşı keçirəcək.