Voleybol mövsümü bu vaxt start götürür

3.11.2023 23:45 167
İdman
Noyabrın 6-da voleybol üzrə Azərbaycan çempionatında 2023/2024 illər mövsümünə start veriləcək.

"Football-plus.az" xəbər verir ki, "voleybol ili"nin açılış mərasimi noyabrın 6-da saat 15.45-də “Bakı İdman Sarayı”nda keçiriləcək. Ardınca mövsümün ilk matçı baş tutacaq. Bu qarşılaşma qadınlardan ibarət “Azərreyl" və “Abşeron” klubları arasında olacaq. Mərkəzi oyun olaraq müəyyənləşdirilən 5-ci turun bu görüşü saat 17.00-da başlayacaq.

Qeyd edək ki, yeni mövsümdə Azərbaycan çempionatlarında 6 qadın, 6 kişi komandası iştirak edəcək. Reqlamentə əsasən hər iki çempionat 4 dövrədən ibarət olacaq və oyunlar dairəvi sistem üzrə keçiriləcək. Dörd dövrədən sonra ilk 4 pilləni tutacaq komandalar play-off mərhələsinə yüksələcəklər. Play-off mərhələsində 2 oyun (əgər tərəflər hərəsi bir oyunda qalib gələrsə, setlər də bərabər olarsa qızıl set oynanılacaq), final və üçüncü yer uğrunda isə 1 oyun keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul