Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə Azərbaycan milli komandası uğurlu çıxışla yadda qalıb.
"Football-plus.az" xəbər verir ki, yarışları 3 medalla başa vuran yığmamız bu nəticə ilə İslam Həmrəyliyi Oyunları tarixində yeni səhifə açıb.
Milli komandamızın üzvlərindən Ramil Vəlizadə gümüş (200 metr məsafəyə kəpənək üsulu), Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsul) və qadınlardan ibarət estafet komandamız (4×200 metr məsafəyə sərbəst üsul) isə bürünc medala yiyələnib.
İslam Həmrəyliyi Oyunlarının tarixində ilk dəfədir ki, üzgüçülük üzrə milli komandamız bütün medalları Azərbaycan doğumlu idmançılar hesabına qazanıb.
Bundan əlavə, komandamızın üzvləri tərəfindən bir neçə şəxsi və ölkə rekordları da yenilənib.