Yenidən əvvəlki klubunda oynayacaq

14.11.2025 13:28 5
Dünya futbolu
Yayda “Barselona”dan ayrılan Oriol Romeu özünə yeni klub tapıb.

"Football-plus.az" xəbər verir ki, onu “Sauthempton” heyətinə cəlb edib. 34 yaşlı yarımmüdafiəçi İngiltərə klubuna azad agent statusu ilə keçib. Oriol ilə imzalanan müqavilə 2026-cı ilin iyun ayına qədər qüvvədə olacaq və tərəflərin razılığı ilə daha bir il müddətinə uzadıla bilər.

Romeu “Sauthempton”da 2015-22-ci illərdə də çıxış edib. İspan futbolçu 2022-ci ildə bu klubdan ayrılaraq “Jirona”ya keçib, 2023-cü ilin yayında isə yetirməsi olduğu “Barselona”ya transfer olunub.