Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı və hakimləri

5.11.2025 11:55 7
Ölkə futbolu
U-19 millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarının vaxtı və hakimləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Çexiya ilə matç noyabrın 12-də, Şimali İrlandiya ilə görüş noyabrın 15-də, Malta ilə qarşılaşma isə noyabrın 18-də oynanılacaq.

Matçların başlama vaxtı və hakimləri isə aşağıdakı kimidi:

12 noyabr
17.30. Çexiya (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Oliver Reitala (Finlandiya)
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
“Centenary” stadionu, Ta Qali.

15 noyabr
17.30. Şimali İrlandiya (U-19) - Azərbaycan (U-19)
Baş hakim: Sayat Karabayev (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Aleksey Dolqix (Qazaxıstan), Andrea Pavia Skiavone (Malta)
Dördüncü hakim: Ezekiel Barbara (Malta)
“Centenary” stadionu, Ta Qali.

18 noyabr
14.00. Azərbaycan (U-19) – Malta (U-19)
Baş hakim: Oliver Reitala (Finlandiya)
Baş hakimin köməkçiləri: Olli Jantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan)
Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan)
“Centenary” stadionu, Ta Qali.