“Real”ın futbolçusu David Alaba zədəsini sağaldıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
Alaba zədə səbəbindən cari mövsümdə yalnız bir oyuna çıxa bilib. O, 2021-ci ildən “kral klubu”nun formasını geyir.